• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan Premyer Liqası XXXI TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

10 May, 26 / 21:51
A A
Azərbaycan Premyer Liqası XXXI TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb.

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XXXI turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.

Günün və turun ilk görüşündə “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“İmişli”-“Zirə”-0:0. Görüşün ikinci hissəsində qol olmadı və görüş başladığı hesabla bitti-“İmişli”-“Zirə”-0:0.

Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“Sabah”-“Kəpəz”-0:0. Oyunun 46-cı dəqiqəsində “Kəpəz” Rəhman Hacıyevin qolu ilə hesabı açıb-“Sabah”-“Kəpəz”-0:1. Bu oyunda vurulan son qol olub və “Kəpəz” matçdan 0:1 qalib ayrıldı.

Dünən iki qarşılaşma baş tutub

Günün ilk qarşılaşamasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 29-cu dəqiqəsində “Qarabağ” Kadi Borgesin qolu ilə hesabı açıb-“Qəbələ”-“Qarabağa”-0:1. İlk hissə “Qarabağ”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 57-ci dəqiqəsində İsmail Akinade “Qəbələ”nin bərabərlik topuna imza atıb-“Qəbələ”-“Qarabağ”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqləndiyi qarşılaşmada bir xala qane oldular.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 45+2-ci dəqiqəsində “Sumqayıt” Aleksandır Ramalinqomun qolu ilə hesabı açıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:0. İlk hissə “Sumqayıt”ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 63-cü dəqiqəsində Ba-Muaka Simakala “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb.-“Sumqayıt”-“Araz-Naxçıvan”-1:1. Oyunun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan”ın heyətində Rahil Məmmədovun avtoqolu ilə “Sumqayıt” ikinci topa imza ataraq hesabda önə çıxıb-“Sumqayıt”-“Araz-Naxçıvan”-2:1. Bu oyunda vurulan son qol oldu və “Sumqayıt” matçdan 2:1 qalib ayrıldı.

Bu gün iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. Artıq oyunun 45+1-ci dəqiqəsində “Turan Tovuz” Ayxan Hüseynovun qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Karvan-Yevlax”-1:0. İlk hissə “Turan Tovuz”un 1:0 üstünlüyü ilə başa çatdı. Görüşün ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-“Turan Tovuz”-“Karvan-Yevlax”-1:0. Bu nəticə ilə “Turan Tovuz” Avrokuboklara vəsiqəni təmin etdi.

Günün və turun sonuncu qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Şamaxı”nı qəbul edib. Artıq oyunun 1-ci dəqiqəsində “Neftçi” Emin Mahmudovun qolu ilə hesabı açıb-“Neftçi”-“Şamaxı”-1:0. İlk hissə “Neftçi”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 47-ci dəqiqəsində İmad Faraj “Neftçi”nin ikinci topuna imza atıb-“Neftçi”-“Şamaxı”-2:0. Oyunun 83-cü dəqiqəsində Breno Almeyda “Neftçi”nin üçüncü topuna imza atıb-“Neftçi”-“Şamaxı”-3:0. Bu oyunda vurulan son qol oldu və “Neftçi” üç xalı üç cavabsız qolla qazandı-“Neftçi”-“Şamaxı”-3:0.

NƏTİCƏLƏR:
“İMİŞLİ”-“ZİRƏ”-0:0
“SABAH”-“KƏPƏZ”-0:1
“QƏBƏLƏ”-“QARABAĞ”-1:1
“SUMQAYIT”-“ARAZ-NAXÇIVAN”-2:1
“TURAN TOVUZ”-“KARVAN-YEVLAX”-1:0
“NEFTÇİ”-“ŞAMAXI”-3:0

TURNİR CƏDVƏLİ:

Previous Post

"Neftçi" üç xalı üç cavabsız qolla qazandı-YENİLƏNİB-4

Next Post

Hantavirus həyəcanı: ÜST xəbərdarlıq etdi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.