Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Erzurumda baş verib.
Hadisə zamanı minik avtomobili və mikroavtobus toqquşub. Hadisə zamanı 2 nəfər yaralanıb. Yaralı şəxslər dərhal xəstəxanaya yerləşdirilib. Onlardan biri azyaşlıdır. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
