“Sözsüz ki, hazırda vətəndaşlar köhnə avtobuslardan əziyyət çəkir. Bu nəqliyyat vasitələrinin bir çoxunun kondisioner sistemi işləmir. Qışda isə isitmə və ventilyasiya sistemlərinin işləməməsi problemi var. Bu hallar, xüsusən, Bakı ətrafına işləyən avtobuslarda özünü göstərir”.
Bu sözləri “Yeni Sabah”a “Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin sədri İlqar Hüseynli deyib.
Onun sözlərinə görə, bəzi marşurt xətlərində istismar edilən avtobusların yenilənməsi nəzərə çarpır: pizza hut
“Gəlin sualı belə qoyaq: yeni avtobuslar Azərbaycan iqliminə uyğun, texnoloji cəhətdən tam komplektasiya olunacaqmı?
Əlbəttə, çox yaxşı haldır ki, yeniləmələr gedir. Məsələn, Bakıdan Masazıra işləyən “525” nömrəli marşurt xətti üzrə demək olar ki, əksər avtobusları yenilənib. Vətəndaşlar artıq Masazıra çox rahat gedib-gələ bilirlər. Həmin yeni avtobusların soyutma sistemləri tam işlək vəziyyətdədir. Yəni bəzi irəliləyişlər var”.
Ekspert vurğulayıb ki, bu sahədə tədbirlərin görülməsi üçün ilkin olaraq, avtoparklar yenilənməlidir:
“Bu sahədə tədbirlərin görülməsi üçün ilkin olaraq, avtoparklar yenilənməlidir. Azərbaycan artıq özü yeni elektrobusların istehsalına başlayıb. İlk 100 ədəd avtobus istehsal edilib vətəndaşların istehsalına veriləcək. Düşünürəm ki, bu proses getdikcə Bakı şəhərinin ictimai nəqliyyat parkının yenilənməsində ciddi irəliləyişlərə nail oluna bilər. Tam komplektasiya nəzərə alınacaq. İstər istilik məsələləri, istər soyutma sistemləri, istərsə də ekoloji cəhətdən marşurtların şəhər iqliminə uyğunlaşdırılması tənzimlənəcək”.
Sözardı olaraq qeyd edək ki, paytaxtın özündə və Bakıətrafı bir sıra ərazilərdə “BMC” markalı sərnişin daşıma vasitələrinin yanması halları qeydə alınıb.
Bundan başqa, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtonəqliyyat vasitələri ilə sərnişindaşıma şirkətinə müraciət edib. Yol polisi paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşurutlar üzrə avtobuslara 2 sürücü təhkim etməyi tövsiyə edib.
Bununla bərabər, BDYPİ irad da bildirib: “Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsi aparılmır”.
