Belçika Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək istəyir Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Xarici işlər naziri Maksim Prevo iki ölkə arasında böyük imkanların olduğunu bildirib.
O, enerji, aviasiya və kosmos sahələrini xüsusi qeyd edib. Tərəflər iqtisadi əlaqələrin daha da gücləndirilməsi barədə sənəd imzalayıb. Belçika şirkətlərinin Türkiyəyə marağının artdığı vurğulanıb.
//Nəzər.Media
