İranın Hörmüz boğazındakı kiçik sürətli qayıqları diqqət çəkib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu qüvvə ABŞ donanması üçün ciddi çətinlik yaradır.
Hərbi ekspertlər əsas təhlükənin sürətli qayıqlar və pilotsuz vasitələr olduğunu deyir. Məlumata görə, İran bu vasitələri gizli məntəqələrdə saxlayır. Bölgədə enerji daşımaları ilə bağlı narahatlıq artır.
//Nəzər.Media
