Körfəz ölkələri Türkiyənin hava müdafiə sistemlərinə marağı artırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Küveyt, Səudiyyə Ərəbistanı və Qətər Ankara ilə danışıqlara başlayıb.
Xüsusilə “HİSAR” və “KORKUT” sistemlərinə böyük maraq göstərilir. ABŞ-dəki silah tədarükü gecikmələri Türkiyənin mövqeyini gücləndirib. Türk müdafiə sənayesinin daha sürətli təkliflər verdiyi bildirilir.
//Nəzər.Media
