ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Meksikada gizli əməliyyatlarda iştirak etdiyi iddia olunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, MKİ-nin narkokartellərə qarşı əməliyyatlara birbaşa qoşulub.
Bəzi hücumların ölümcül nəticələr verdiyi bildirilib. İddialarda kartel üzvlərinə qarşı sui-qəsd xarakterli əməliyyatların keçirildiyi qeyd olunub. Rəsmi qurumlar məsələ ilə bağlı hələ açıqlama verməyib.
//Nəzər.Media
