• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

İki təkərin üzərində ölkəyə qazandırılan prestij

15 May, 26 / 13:58
A A
İki təkərin üzərində ölkəyə qazandırılan prestij

Bəlkə də ölkədə oğlan uşaqlarının, hətta qız uşaqlarının böyük bir hissəsinin velosipedi olub. Mənim də yaşımın müxtəlif mərhələlərində yaşıma uyğun müxtəlif ölçülü velosipedlərim olub. Bir çox insan isə velosipeddən nəqliyyat vasitəsi kimi hələ də istifadə edir. Uşaq vaxtı əyləncə məqsədi ilə istifadə etdiyim bu iki təkərli alətin nə zamansa ölkəmizə ən böyük prestij gətirən, ən nüfuzlu idman növlərindən birinin əsas vasitələrindən biri olduğu uşaqlıq vaxtı ağlıma heç zaman gəlməzdi.

Bəli, bu illər ərzində ölkəmizdə çox sayda kütləvi tədbirlər təşkil olundu. Mən onların heç birinin əhəmiyyətini azaltmaq fikrində deyiləm. Ancaq dünən yekunlaşan bir idman tədbiri ölkəmizin təbliğatı üçün ən əvəzolunmazlardan biri oldu. Söhbət “Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı”ndan gedir.

Mən bu yarışın idmanımızın və xüsusilə velosiped idmanının inkişafına, onun təbliği yolunda xeyrindən bəhs etməyəcəyəm. Zatən peşəkar idman jurnalistlərimiz bundan hərtərəfli bəhs edəcəklər. Onlar bu yarışın təşkilinin uşaqlarımızın bu növə marağının artmasına təsir etdiyini qeyd edəcəklər. Bu tip yarışların təşkili nəticəsində gələcəkdə nüfuzlu və beynəlxalq tədbirlərin qalibləri olacaq uşaqlarımız məsələsinə də bir çox jurnalist toxunacaq. Ancaq bilmək lazımdır ki, bu yarış ölkəmizə siyasi nüfuz və iqtisadi üstünlüklər də qazandırdı.

Avropa idmançılarının Xankəndidə iştirakı özü bir siyasi qələbədir!

Biz bir idman yarışına təkcə idman tədbiri kimi baxmamalıyıq. Hər nə qədər “idman siyasətdən uzaqdır” desələr də, elə Avropa və dünyada bir çox insan siyasətdə idmandan ya təbliğat, ya da təzyiq vasitəsi kimi istifadə edir. Sadə nümunələrdən biri Rusiyaya qoyulan qadağalardır və ya Şimali Koreya bu tipli yarışı öz ölkəsində keçirsə, ora maksimum Çin idmançıları gedəcək. Biz isə dünyanı Xankəndimizə çağırdıq. Hətta Avropanın super dövlətlərinin bayraqları həmin Xankəndidə idi. Onların üzərlərindəki akkreditasiya vəsiqələrində “Bakı-Xankəndi” yazılırdı, Xankəndi yazılırdı, Xanın kəndi yazılırdı. Tezliklə Ermənistanda seçkilər keçiriləcək. Bu və bunun kimi beynəlxalq tədbirlər oradakı revanşistlərə bir mesaj idi. Mesaj o idi ki, ölkənizdə seçkilərin nəticəsi nə bizi, nə də bura öz idmançılarını göndərən dövlətləri maraqlandırmır. Artıq bütün dünya qəbul edib ki, bu torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir. Onlar idmançılarını bura göndərməklə bunu əyani şəkildə təsdiq etdilər. Ermənistandakılar sadəcə seçkinin nəticəsi ilə kiçik Ermənistanın, Paşinyanın yaxasında olan xəritənin taleyini həll edə bilərlər.

“Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı”nın iqtisadi əhəmiyyəti

Mən hər zaman ölkədə keçirilən hər bir beynəlxalq kütləvi tədbirə ölkəmizə qazandırılacaq iqtisadi dividendlər fonunda baxmışam. Bunların arasında Formula-1, AVRO-2020-nin Bakı oyunlarını misal çəkə bilərəm. Deyə bilərəm ki, dünən yekunlaşan “Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı” da ölkəmizə ciddi iqtisadi üstünlüklər qazandırdı. Birinci yarışlar ancaq doğma Bakımızı dünyaya göstərirdisə, bu yarış bütün Azərbaycanın dünyaya tanınmasında əhəmiyyətli rol oynadı. Burada Azərbaycan Velosiped İdmanı Federasiyası öz üzərinə düşəni maksimum yerinə yetirdi. Təkcə yarışın dünyada ən nüfuzlu idman kanallarından biri olan Eurosport tərəfindən yayımlanması özü də bir uğur idi. Bu, ölkəmizdə bütün regionlarımız üzrə turizmin inkişafına əvəzsiz bir töhfə oldu. Velosiped idmanını sevən dünya tamaşaçısı bu yarışı məhz “Eurosport” vasitəsilə izlədi. Bu idman növünə marağı olmayanlar isə izlədilərsə, bilin ki, ölkəmizin füsunkar təbiəti onları ram etmişdi. Onları müasir Bakımızla yanaşı, dünya turizminin gözü bəbəyi olmaq yolunda irəliləyən “Sea Breeze”in, Şamaxının, İsmayıllının, Qəbələnin, Oğuzun, Şəkinin, Mingəçevirin, Gəncənin, Göygölün, Goranboyun, Suqovuşanın, Talışın, Naftalanın, Tərtərin, Ağdamın, Füzulinin, Şuşanın və Xankəndinin təbiəti valeh etmişdi. İnanıram ki, Avropada və dünyada bir çox insan o gözəllikləri öz gözləri ilə görmək üçün bura turist kimi səfər edəcək. Bu, bir yarışın ölkənin turizminə verdiyi töhfənin göstəricisidir. Bir turistin ölkəyə verdiyi iqtisadi dividendləri isə peşəkar iqtisadçılar daha yaxşı bilər.

Bütün bu uğurlar isə bir gündə əldə olunmadı. Bunlar dövlətimizin, cənab Prezident İlham Əliyevin başçılığı ilə aparılan uğurlu iqtisadi-sosial siyasətin nəticəsidir. Yarışdan öncə təşkil olunan mətbuat konfransı zamanı “Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı”nın texniki direktoru Roland Hoferə Azərbaycandakı yarışın üstünlükləri barədə sual vermişdim. Onun cavabı isə birmənalı olaraq hər bir azərbaycanlını sevindirən cavab oldu. Cənab Hofer bildirdi ki, Azərbaycandakı yarış məşhur “Tour de France”ı bir neçə amildə üstələyir. O qeyd etdi ki, təkcə ölkənizdə olan “Sea Breeze” və ümumilikdə idmançıların məskunlaşdığı otellər Fransadakı otellərdən qat-qat üstündür. Hofer kimi avropalılar realist olur. Onlar bizə xoş gəlmək üçün heç vaxt bu tipli sözlər işlətməzlər. O bunu burada deyibsə, demək dünyanın hər yerində də deyəcək. Bu isə hansısa bir ölkədə Hoferdən və ya digər xarici şəxslərdən Azərbaycan haqqında soruşulanda bizim xeyrimizə olacaq cavabları indidən gözləyə biləcəyimiz anlamına gəlir. Hofer kimi şəxslərin rəğbətini qazanmaq heç də bir günün, bir ayın və ya bir ilin işi deyil. Bu, ölkənin illərlə qazandığı beynəlxalq kütləvi tədbirlər təşkil etmə təcrübəsidir. Artıq biz o qədər püxtələşmişik ki, bəzi dövlətlər bizdən məsləhətlər alır. Uzun sözün qısası odur ki, gələn il yeni uğurlu yarışlarda görüşərik!

Nəzərbəy Hacıağayev, Nəzər.Media saytının baş redaktoru

Previous Post

ABŞ ordusunda böhran iddiası

Next Post

“Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz…”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.