Rusiya məhkəməsi Euroclear şirkəti ilə bağlı qərar çıxarıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, məhkəmə şirkətdən 18,2 trilyon rubl tutulmasına hökm verib.
Rusiya Mərkəzi Bankı qərarı müsbət qiymətləndirib. “Euroclear” isə qərardan şikayət vermək hüququna malikdir.
Qeyd edək ki, Avropa İttifaqında dondurulan Rusiya aktivlərinin böyük hissəsi Belçikada yerləşən “Euroclear” şirkətinin hesablarında saxlanılır.
//Nəzər.Media
