FTB keçmiş ABŞ kəşfiyyat əməkdaşı Monika Vitt ilə bağlı yeni açıqlama yayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, O, İran adına casusluqda ittiham olunur.
ABŞ tərəfi Vittin gizli məlumatları Tehrana ötürdüyünü iddia edir. FTB onun tutulmasına kömək edəcək məlumat üçün 200 min dollar mükafat vəd edib. Bildirilir ki, Vitt hazırda İranda da ola bilər.
//Nəzər.Media
