“MV Hondius” gəmisinə 42 günlük karantin tətbiq ediləcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, gəmi ciddi nəzarət altında Rotterdam limanına çatıb.
Hazırda heyət üzvlərində xəstəlik əlaməti aşkarlanmayıb. Buna baxmayaraq müşahidə və nəzarət prosesi davam edəcək. “Hantavirus” səbəbindən indiyədək 3 sərnişin ölüb.
//Nəzər.Media
