Zaporojye Atom Elektrik Stansiyası yenidən atəşə tutulub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rusiya tərəfi hücumun Ukrayna ordusu tərəfindən həyata keçirildiyini bildirib.
Hücum zamanı binanın damı və bir neçə avtobus zədələnib. Hadisədə xəsarət alan olmayıb. Ərazidə radiasiya səviyyəsinin normal olduğu açıqlanıb.
//Nəzər.Media
