NATO ABŞ hərbçilərinin Avropadan çıxarılmasının müdafiə planlarına təsir etməyəcəyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Alyans rəsmiləri qərarın müzakirə edildiyini açıqlayıb.
ABŞ yaxın aylarda Almaniyadan minlərlə əsgərini geri çəkəcək. NATO isə Avropadakı müdafiə imkanlarının gücləndirildiyini vurğulayıb. Rəsmilər Ukraynaya dəstəyin davam edəcəyini də qeyd edib.
//Nəzər.Media
