Bu gün UEFA Konfrans Liqasındankı təmsilçilərimiz mübarizəyə qoşulur. Ölkəmizi UEFA Avropa Konfrans Liqasında təmsil edən “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Dalğa Arean”da Kiprin “Omoniya” klubunu qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu oyunda qələbə qazanaraq ada ölkəsinə yola düşmək istəyir. Kipr təmsilçisi də Bakıdan sərfəli nəticə ilə dönmək arzusundadır. Oyunu Çexiyadan olan hakimlər briqası idarə edəcək. Qarşılaşmanın baş hakimi Ondrey Berka olacaq. Ona ədaləti təmsil etməkdə həmyerliləri Ona İvo Nadvornik və Yan Vanya kömək göstərəcək. Dördüncü hakim funksiyasını Ondrey Peçaneç yerinə yetirəcək. VAR-da Tomas Koçurekə Miroslav Zelinka kömək edəcək. Artıq komandaların start heyətləri bizlərə məlumdu:
“ARAZ-NAXÇIVAN”ımızın start heyəti:
12. Kristian Avram(GK)
3. Bəxtiyar Həsənəlizadə
6. Patrik Andrade
10. Felipe Santos
11. Ba-Muaka Simakala
17. İssuf Paro
19. Bar Kohen
29. Vanderson Melo
34. Ürfan Abbasov (C)
70. Çarls Boli
77. Bruno Aleksander
“ARAZ-NAXÇIVAN”ımızın ehtiyat oyunçuları:
94. Tərlan Əhmədli(GK)
2. Qara Qarayev
5. Slavik Alxasov
7. Hamidu Keyta
14. Ülvi İskəndərov
16. Ramon Maçado
23. Nuno Rodriqeş
26. Ömər Buludov
44. Rahil Məmmədov
“ARAZ-NAXÇIVAN”ımızın baş məşqçisi:Elmar Baxşıyev
“Omoniya”nın start heyəti:
40.Fabiano(GK)
3.Fotios Kulibali
5.Senoy Kubilay
7.Vili Samedo
8.Stevan Yovetiç
11.Evandro
14.Mateo Moriç
21. İonas Masuras
30.Nikolas Panagiot
31.İonnis Kusulos (C)
75. Louisoz Loizu
“Omoniya”nın ehtiyat oyunçuları:
23.Françisko Uzoho(GK)
98.Çaralambos Kiriakidis(GK)
2.Alpa Diounkou
6.Karel Eitinq
9.Marius Stepenski
24.Amina Kammas
27.Stefan Simic
33.Mateus Musialovski
44.Novisa Erakoviç
90.Kristos Konstandinidiz
91.Konstantianos Paqani
“Omoniya”nın baş məşqçisi:Hennig Berq
Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsindən qoşulub
İlk olaraq İyulun 24-də təmsilçimiz Muxtar Respublika təmsilçisi UEFA Konfrasn Liqasının II təsnifat mərhəəsinin ilk görüşü çərçicəsində “Dalğa Arena”da Yunanıstan “Aris”ini qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Araz-Naxçıvan”-“Aris”-0:0. Oyunun 66-cı dəqiqəsində “Aris” Loran Moronun qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Aris”-0:1.Oyunun 75-ci dəqiqəsində Felipe Santos “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atdı-“Araz-Naxçıvan”-“Ariz”-1:1. Oyunun 78-ci dəqiqəsində Patrik Andrade “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandamızı hesabda irəli çıxardıb. Bu oyunda vurulan son qol oldu və “Araz-Naxçıvan” matçda 2:1 qalib ayrılıb.
İyulun 30-da təmsilçimiz səfərdə “Kleanthis Vikelidis Stadionu”nda “Aris”in qonağı olub. Artıq oyunun 11-ci dəqiqəsində “Araz-Naxçıvan” Şarl Bolinin qolu ilə hesabı açaraq ümumi hesabıdə artırıb-“Ariz”-“Araz-Naxçıvan”-0:1(1:3).Oyunun 38-ci dəqiqəsində Felipe Santos penaltidən “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq hesab arasındakı fərqi bir qədər də artırdı-“Aris”-“Araz-Naxçıvan”-0:2(1:4). İlk hissə “Araz-Naxçıvan” 0:2 ümumi hesabda isə 1:4 hesablı üstünlüyü başa çatıb. Oyunun 52-ci dəqiqəsində “Araz-Naxçıvan” azlıqda qaldı. Komandanın heyətində İqor Reberyo qırmızı vərəqə alaraq meydandan qovulub-“Aris”-“Araz-Naxçıvan”-0:2(1:4).Oyunun 62-ci dəqiqəsində Fabiano Leisman “Aris”in qoluna imza ataraq həm bu otunda həm də ümumi hesabda fərqi azaldıb-“Aris”-“Araz-Naxçıvan”-1:2(2:4).Oyunun 90-cı dəqiqəsində Monçu “Aris”in ikinci topuna imza ataraq hesab arasındakı fərqi minimuma endirib-“Aris”-“Araz-Naxçıvan”-2:2(3:4). Bu oyunda vurulan son qol oldu və hesab 2:2 olsada “Araz-Naxçıvan” ümumi hesabda 3:4 hesabı ilə qələbə qazanaraq adını növbəti mərhələyə yazdırmağa nail olub-“Aris”-“Araz-Naxçıvan”-2:2(3:4).
