İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında yeni müdafiə əməkdaşlığı iddiası yayılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tərəflər ortaq müdafiə fondu yaradır.
Layihə hava müdafiəsi və pilotsuz aparat texnologiyalarını əhatə edir. BƏƏ-nin İsrail texnologiyalarına maliyyə dəstəyi verəcəyi bildirilir. İddialar bölgədə yeni gərginlik yaradıb.
//Nəzər.Media
