İran öz öhdəliklərini yerinə yetirib və müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb.
Nəzər.Media report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkə hesabında yazıb.
“Bizim tərəfimizdən bütün yollar açıq qalır”, – o, bildirib və əlavə edib ki, İranı təzyiq vasitəsilə təslim olmağa məcbur etmək illüziyadan başqa bir şey deyil.
Pezeşkianın sözlərinə görə, diplomatiyada qarşılıqlı hörmət müharibədən təhlükəsiz və davamlıdır.
