Avropa İttifaqı gübrə ilə bağlı yeni fəaliyyət planı açıqlayıb. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, məqsəd idxaldan asılılığı azaltmaqdır.
Plan çərçivəsində yerli istehsala dəstək veriləcək. Fermerlər üçün maliyyə yardımı da nəzərdə tutulub. Aİ gübrə bazarında yeni əməkdaşlıq sistemi yaratmağı planlaşdırır.
//Nəzər.Media
