İsrail parlamentində hökuməti çətin vəziyyətə salan qanun layihəsi qəbul edilib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, layihə təsdiqlənərsə parlament buraxılacaq.
Bu halda ölkədə erkən seçki keçiriləcək. Sorğular Netanyahu partiyasının dəstək itirdiyini göstərir. Müxalifətin isə gücləndiyi bildirilir.
//Nəzər.Media
