“Aston Villa” Avropa Liqasının qalibi olub. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, komanda finalda “Frayburq”u 3:0 hesabı ilə məğlub edib.
Baş məşqçi Unai Emeri uğurun komanda işi olduğunu deyib. O, özünü turnirin kralı hesab etmədiyini bildirib. Emeri gələn mövsüm Çempionlar Liqasında da uğur qazanmaq istədiklərini açıqlayıb.
//Nəzər.Media
