ABŞ Prezidenti Donald Tramp İranla bağlı planlaşdırılan hücumu dayandırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, iddiaya görə, qərar Səudiyyə Ərəbistanının xəbərdarlığından sonra verilib.
Bildirilib ki, mümkün müharibə Həcc dövründə böyük böhran yarada bilərdi. Körfəz ölkələrinin Vaşinqtona narahatlıq mesajı göndərdiyi qeyd olunur. Mövzu bölgədə gərginliyi artırıb.
//Nəzər.Media
