Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər 8 nəfərdən 1-i ruhi problem yaşayır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, dünyada təxminən 332 milyon insan depressiya ilə mübarizə aparır.
Hər il yüz minlərlə insan bu səbəbdən intihar edir. Mütəxəssislər gənclərdə gərginliyin artdığını deyir. Məsələ qlobal sağlamlıq problemi kimi qiymətləndirilir.
//Nəzər.Media
