Yunanıstanın Müdafiə naziri Nikos Dendias Türkiyənin müdafiə sənayesini yüksək qiymətləndirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Dendias Türkiyənin istehsal gücünü artırdığını bildirib.
Nazir PUA texnologiyasında mühüm irəliləyiş əldə olunduğunu deyib. Türkiyənin ixrac imkanlarının genişləndiyini vurğulayıb. Bu uğurların regionda təsir yaratdığı qeyd olunub.
//Nəzər.Media
