Türkiyədə partlayış baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Klisdə baş verib.
Hadisə zamanı asfaltkəsmə aparatı partlayıb. Partlayış aparara yanacaq dolduran zaman olub. Hadisə zamanı 1 nəfər yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Partlayış zamanı yanğın baş verib. Yanğın yaxınlıqda olan avtomobilə sıçrayıb. Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
