Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “King & Queen of the Court” (“Meydançanın kralı və kraliçası”) turniri keçiriləcək.
Mayın 23-də baş tutacaq yarışda 10 kişi və 12 qadın komandası çempionluq uğrunda mübarizə aparacaq. Bakı Su İdmanı Sarayında təşkil olunacaq turnirdə peşəkar çimərlik voleybolçuları iştirak edəcəklər.
Proqram
Qrup oyunları
15:00 – 17:00
Fasilə
Final qarşılaşmaları
18:00 – 19:00
Final oyunlarından sonra mükafatlandırma mərasimi
Giriş sərbəstdir
