Fransanın “Lill” klubunun qapıçısı Lyuka Şevalye ölkəsinin PSJ komandasına keçib.
İnsayder Fabritsio Romanonun bu barədə məlumatına görə, 23 yaşlı qolkiper üçün qarşı tərəfə 40 milyon avro ödəniləcək.
Tibbi müayinədən sonra 5 illik müqaviləyə imza atılacaq.
Qeyd edək ki, Lyuka Şevalye Liqa 1-də 34, Çempionlar Liqasında 10 matçda forma geyinib.
//milli.az
