“Mossad”a yeni rəhbər təyin olunub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin müdafiə naziri İsrael Katz verib.
Onun sözlərinə görə, vəzifəyə Roman Qofman gətirilib. Qərarın rəsmiləşdiyi və etirazların nəticə vermədiyi bildirilib. Katz yeni rəhbərin təhlükəsizlik sahəsində təcrübəli olduğunu vurğulayıb. Müdafiə naziri onun İsrailin təhlükəsizliyinə töhfə verəcəyi qeyd edib.
//Nəzər.Media
