ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, telefon danışığı çox gərgin keçib.
Tramp Beyruta hücumlarla bağlı narazılığını ifadə edib. O, hücumların dayandırılmasını tələb edib. Netanyahu isə İsrailin təhlükəsizlik siyasətinin dəyişmədiyini bildirib. Buna baxmayaraq, İsrailin Livanın cənubuna zərbələri davam edib.
//Nəzər.Media
