Yeni araşdırmaya görə hər beş gəncdən biri emosional çətinlik zamanı süni intellekt çatbotlarına müraciət edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, tədqiqat 13–17 yaş arası minə yaxın yeniyetmə ilə aparılıb.
Gənclərin bir hissəsi bu vasitələri psixoloji dəstək üçün istifadə etdiyini bildirib. Onların böyük qismi isə bu alətləri dostlarına da tövsiyə edə biləcəyini deyib. Mütəxəssislər bunun insan ünsiyyətini zəiflədə biləcəyi barədə xəbərdarlıq edirlər.
//Nəzər.Media
