Hörmüz boğazında ABŞ və İran arasında gərginlik yenidən artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ qüvvələri İranın Keşm adasındakı hədəflərə zərbələr endirib.
İran isə cavab olaraq Küveyt və Bəhreyndəki ABŞ bazalarını hədəfə alıb. Hücumlar nəticəsində Küveytdə onlarla insan yaralanıb. Bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
//Nəzər.Media
