Dünyaca məşhur moda dizayneri Karl Lagerfeldin pişiyi Şupettə hələ də mirasını ala bilməyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, pişiyə 1,7 milyon avro vəsiyyət edilib.
Lakin dizaynerin ölümündən 7 il keçsə də, proses tamamlanmayıb. Pişiyə baxan köməkçi vergi qurumları ilə mübarizə aparır. Bildirilir ki, pişiyin qayğısı və ehtiyacları hazırda təmin edilir.
//Nəzər.Media
