İspaniya Sarayı Şahzadə Leonorun paraşüt üzrə əsas təlimi başa vurduğunu açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Mursia hərbi paraşüt məktəbində təlim keçib.
Leonor hərbçilərlə birlikdə təyyarədən tullanaraq nişan qazanıb. O, əvvəlcə Saraqosa hərbi akademiyasında oxuyub, sonra donanma xidmətində olub. Bildirilir ki, o, gələcəkdə taxta çıxanda silahlı qüvvələrin baş komandanı olacaq.
//Nəzər.Media
