Türkiyənin Egey və Şərqi Aralıq dənizi ilə bağlı qanun layihəsi təxirə salınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu qərar Yunanıstanda müvəqqəti rahatlıq yaradıb.
Yunan mətbuatı addımın gərginliyi azaltmaq məqsədi daşıdığını yazıb. Afina isə Ege bölgəsində müşahidə sistemini gücləndirməyə hazırlaşır. Bununla əlaqədar olaraq Yunanıstanın yeni pilotsuz uçuş aparatlarının alınması planlaşdırılır.
//Nəzər.Media
