ABŞ və İsrail yeni müdafiə əməkdaşlığı üzrə danışıqlara başlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni sazişin 2028-ci ildə başa çatacaq hərbi yardım müqaviləsini əvəz etməsi nəzərdə tutulur.
Tərəflər müdafiə sənayesi və birgə investisiyaların artırılmasını müzakirə edir. Məqsəd İsrailin hərbi imkanlarını gücləndirmək və strateji tərəfdaşlığı dərinləşdirməkdir. Yaxın həftələrdə ABŞ və İsrail İsraildə yenidən görüşəcək.
//Nəzər.Media
