Türkiyənin “Qalatasaray” klubu iki futbolçu ilə bağlı qərarını verib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, İstanbul nəhəngi İsmail Yakobsun müqaviləzini 1 il uzatmaq qərarı verib.
Klub onun müqaviləsindəki opsiyadan istifadə edəcək. Roland Sallai üçün isə transfer təklifləri dəyərləndiriləcək. Futbolçuya İngiltərə və Almaniyadan maraq olduğu bildirilir. Qalatasaray gələn təkliflərə açıq olacaq.
//Nəzər.Media
