Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəyə başlayıb. Komandamız bu gün Bakıda 1-ci mərhələ çərçivəsində İsveç yığması ilə qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 7-də Estoniya millisinə qarşı keçirəcək. Sabah isə İsveç və Estoniya kollektivləri üz-üzə gələcəklər.
Oyunun nəticəsi
5 iyun
İsveç – Azərbaycan 3:0 (25:19, 25:14, 25:23)
