Türkiyədə gözlənilməz yanğın baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Kırıkkaledə baş verib.
Yanğın meşəyə yaxın ərazidən başlayıb. Yanğın zamanı 3 ev, 1 tölə və 1 avtomobil yanaraq külə dönüb. Yanğın zamanı meşə mühafizəsinin əməkdaşı yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Yanğının baş vermə səbəbləri araşdırılır.
//Nəzər.Media
