• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Lənkəranda açıq havada güləş festivalı

11 İyun, 26 / 0:00
A A
Lənkəranda açıq havada güləş festivalı

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Lənkəran şəhərində yerləşən Heydər Əliyev Xatirə Parkında güləş festivalı keçirilib.

Güləşin təbliği və təşviqi, sağlam həyat tərzinin aşılanması, uşaqların və gənclərin idmana marağının artırılması məqsədilə təşkil olunan tədbirdə AGF-nin baş katibi Pərvin Piriyev, baş katibin müavini Aydan Məmmədhəsənova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, AGF-nin vitse-prezidenti Namiq Abdullayev, yunan-Roma güləşi üzrə ikiqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu, milli komandanın məşqçisi Rövşən Bayramov, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev, yunan-Roma güləşi üzrə dünya və Avropa mükafatçısı, U15 milli komandasının böyük məşqçisi Taleh Məmmədov, sərbəst güləş üzrə Avropa çempionu, U15 milli komandasının məşqçisi Əliabbas Rzazadə və digər rəsmi şəxslər iştirak ediblər.

Festival çərçivəsində açıq havada qurulmuş güləş xalçasında Cənub bölgəsinin yeniyetmə və gənc güləşçiləri üçün ustad dərsləri təşkil olunub. Tanınmış idmançılar və məşqçilər iştirakçılarla öz təcrübələrini bölüşərək müxtəlif fəndləri nümayiş etdiriblər.

Tədbir iştirakçıları üçün maraqlı və əyləncəli proqram da hazırlanıb. Festival zamanı müxtəlif idman və əyləncə müsabiqələri keçirilib, “faceart” zonası fəaliyyət göstərib. Yerli sakinlər və gənc idmançılar məşhur güləşçilərlə görüşmək, onlardan avtoqraf almaq və xatirə şəkilləri çəkdirmək imkanı əldə ediblər.

Maraqla qarşılanan festival güləşin daha geniş auditoriyaya tanıdılması, sağlam həyat tərzinin təbliği və regionlarda idman fəallığının artırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilib.

Qeyd edək ki, gələcəkdə ölkənin digər bölgələrində də analoji tədbirlərin təşkili nəzərdə tutulur.

Previous Post

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı keçirilib

Next Post

Nişanında qınanan Pünhan Piriyev bu dəfə rəqsini dəyişdi - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.