• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

11 İyun, 26 / 15:24
A A
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

 Sərfəli xidmətləri ilə tanınan “Nar” abunəçiləri artıq eSIM texnologiyası vasitəsilə “Asan İmza” rəqəmsal imza xidmətindən istifadə edə bilərlər. İstifadəçilər xidmətlə bağlı bütün vacib məlumatları “Nar+” mobil tətbiqi vasitəsilə operativ şəkildə izləyə, eyni zamanda fiziki SIM kartdan eSIM formatına asanlıqla keçərək 2500-dən çox elektron xidmətə təhlükəsiz və rahat çıxış əldə edə bilərlər.

eSIM üzərindən təqdim olunan bu xidmət yüksək təhlükəsizlik standartlarını qoruyaraq fiziki SIM kartın itirilməsi və ya oğurlanması riskini aradan qaldırır, eyni zamanda plastik kartlardan istifadəyə ehtiyacı azaltmaqla istifadəçilərə bir cihazda bir neçə nömrəni aktivləşdirmək imkanı yaradır.

Qeyd edək ki, bu xidmət fiziki və hüquqi şəxslər üçün 3 il müddətinə təqdim olunur. Aktivləşdirmə “Nar” Müştəri Xidmətlərində həyata keçirilir. eSIM əsaslı “Asan İmza” xidmətinin aktivləşdirmə zamanı PIN kodları əvvəlcədən təqdim edilmir, abunəçilər bu kodları ilk autentifikasiya və ya imzalama prosesi zamanı onlayn şəkildə təyin edirlər. PIN kodların blokdan çıxarılması  isə 1847 – “Asan İmza” Çağrı Mərkəzi vasitəsilə onlayn qaydada təmin olunur.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Previous Post

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir!

Next Post

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.