• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Hadisə

Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin

11 İyun, 26 / 16:52
A A
Ağcaqanad dişləməsindən sonra bu əlamətlərə diqqət edin

Son günlər sosial şəbəkələrdə ağcaqanad dişləmələri ilə bağlı paylaşımların sayı artıb. Xüsusilə uşaqlarda üz və göz nahiyəsində şişkinliklərin, böyüklərdə isə müxtəlif dəri yaralarının yarandığı bildirilir. Bir çox vətəndaş əvvəllər belə hallarla rastlaşmadıqlarını qeyd edir.

Məsələ ilə bağlı terapevt Günay Lətifova Milli.Az-a açıqlamasında bildirib ki, havaların istiləşməsi ilə ağcaqanadların sayının artması təbii prosesdir və bu dövrdə insanların özlərini qoruması vacibdir.

O bildirib ki, ağcaqanadlardan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə olunsa da, qoruyucu yağlar daha faydalı seçimlərdən biri hesab edilə bilər.

Terapevt qeyd edib ki, ağcaqanad dişləməsindən sonra yaranan şikayətlər bəzən orqanizmin allergik reaksiyası ilə də bağlı ola bilər. Onun sözlərinə görə, bəzi hallarda isə ikinci infeksiya riski yaranır:

“İkinci infeksiya o zaman baş verir ki, insan dişlənən nahiyəni qaşıyaraq dırnağı vasitəsilə ora bakteriya ötürür və ya toxunduğu hər hansı əşyadan infeksiya keçir”.

G.Lətifova Azərbaycanda fərqli və təhlükəli ağcaqanad növlərinin geniş yayılması ilə bağlı təsdiqlənmiş araşdırma nəticələrinin olmadığını vurğulayıb:

“Bu mövzu zaman-zaman gündəmə gəlsə də, hazırda ölkəmizdə bunu təsdiqləyən elmi nəticələr yoxdur. Sosial şəbəkələrdə isə ayrı-ayrı hallar dəfələrlə paylaşıldığı üçün məsələ bəzən olduğundan daha böyük görünür”.

Həkim bəzi əlamətlərin müşahidə olunduğu halda vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyi tövsiyə edib:

“Əgər dişlənən nahiyədə və ya üzdə sürətli şişkinlik yaranarsa, nəfəs almaqda çətinlik olarsa, yüksək hərarət müşahidə edilərsə, yaxud yara böyüyərək irinləyərsə, mütləq həkimə müraciət edilməlidir. Özbaşına müalicə düzgün yanaşma deyil və bundan çəkinmək lazımdır”.

//milli.az

Previous Post

74 yaşlı kişi laqunda ilə ayağını doğradı - Öldü

Next Post

Bahadur Rzayev yüksək vəzifəyə təyin edildi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.