Kanadanın Baş naziri Mark Karni Türkiyəni NATO-nun ən mühüm müttəfiqlərindən biri adlandırıb. Nəzər.Media Türkiyənin “Hüriyət” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin regionda güclü mövqeyə malik olduğunu bildirib.
Karni Ankara ilə münasibətlərin inkişaf etdiyini vurğulayıb. O, iyulda Ankarada keçiriləcək NATO Zirvə toplantısında iştirak edəcəyini açıqlayıb.Kanadanın Baş naziri ilin sonuna qədər yenidən Türkiyəyə səfər etməyi planlaşdırdığını da qeyd edib.
//Nəzər.Media
