Rusiyanın Belqorod vilayətində sərnişin avtobusu dron hücumuna məruz qalıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Voznesenovka kəndində baş verib.
Məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb.Hücum zamanı 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilir.
//Nəzər.Media
