Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Qaziantepdə baş verib.
Qəza zamanı minik avtomobili polis avtomobili ilə toqquşub. Hadisə zamanı avtomobillərdən biri aşıb. Qəza minik avtomobilinin sürücüsünün yaralanmasına səbəb olub. O dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
