• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan çempionatına yekun vurulub

13 İyun, 26 / 23:43
A A
Azərbaycan çempionatına yekun vurulub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan çempionatına yekun vurulub. Son yarış günü titullu atletimiz Nazim Babayevin karyerasındakı son çıxışı ilə yadda qalıb. Beləliklə, Azərbaycan atletikasının parlaq simalarından biri böyük idmanla vidalaşıb. 28 yaşlı atletimiz 2019-cu ildə Qlazqoda qapalı məkanda keçirilən Avropa çempionatında üç təkanla tullanma növündə qızıl medal qazanaraq tarixi uğura imza atıb. Nazim Babayev iki dəfə Yay Universiadasının, həmçinin İslam Həmrəyliyi Oyunlarının çempionu olub. O, yeniyetmələr və gənclər arasında keçirilən ən mötəbər yarışlarda da çoxsaylı nailiyyətlər qazanıb. Azərbaycan Atletika Federasiyası Nazim Babayevə ölkə idmanına verdiyi böyük töhfələrə görə təşəkkür edir, ona həyatının yeni mərhələsində və gələcək fəaliyyətində ən yüksək uğurlar arzulayır.
Qeyd edək ki, Azərbaycan çempionatının sonuncu günündə müvafiq olaraq kişilərdə və qadınlarda 200 metr məsafəyə qaçışda Novruz Əsədli və Səlma Ağabəyova, 800 metrdə Loğman İsrafilli və Gülçin Nağıyeva, 5000 metrdə Əmrah Nağıyev və Natalya Vallek Azərbaycan çempionu adını qazanıb. Uzunluğa tullanma növündə Cabir Əliyev və Sofiya İsrafilova bütün rəqiblərini qabaqlayıb. Lövhə atmada İsmayıl Əliyev və Lalə Cəniyeva, çəkic atmada isə Rəhimə Bəylərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Previous Post

Avarçəkənlərimiz Dünya Kubokunda medal qazanıblar

Next Post

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.