14 iyun Kosovonun paytaxtı Priştina şəhərində 3×3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsinin həlledici oyunları baş tutub. Seçmə mərhələnin final oyununa vəsiqə qazanan qadın millimiz, gərgin final oyunun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi 11-13 sentyabr tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək.
