• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Maqazin

Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi

15 İyun, 26 / 13:50
A A
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez keçmiş həyat yoldaşı, aktyor Ben Affleklə ayrılığı xatırlayarkən kövrəlib.

Nəzər.Media axşam.az-a istinadən bildirir ki, 56 yaşlı sənətçi bu barədə “Films To Be Buried With” podkastında danışıb.

Lopez bildirib ki, bir dəfə bayram günlərində atası Devid Lopezlə birlikdə “I’m Still Here” filminə baxarkən boşanma prosesinin yaratdığı ağır emosional yükü yenidən hiss edib.

“Xəstə idim. Həmin dövrdə boşanma yaşayırdım və uşaqlarım haqqında çox düşünürdüm” deyə, o, qeyd edib.

Sənətçinin sözlərinə görə, filmdəki təsirli səhnələrdən biri zamanı göz yaşlarını atasından gizlətməyə çalışsa da, buna nail ola bilməyib.

“Sakit ağlamağa çalışırdım. Amma insan sakit ağlamağa çalışanda göz yaşları sadəcə üzündən sel kimi axır” deyə, Lopez xatırlayıb.

Aktrisanın sözlərinə görə, həmin anda atası onu qucaqlayaraq “Səni sevirəm. Mən səni həmişə sevmişəm” deyib.

Lopez bildirib ki, atasının bu sözləri onun həyatında dönüş nöqtəsi olub:

“Bu, mənim içimdə sağalmağa ehtiyacı olan hissəni sağaltdı. Həyatımın yeni səhifəsini açmağa və həmin münasibəti geridə qoymağa kömək etdi”.

Previous Post

Tramp ad gününü fərqli qeyd etdi

Next Post

Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.