İngiltərə hökuməti 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrə məhdudiyyət tətbiq edəcək. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərarın 2027-ci ilin yazında qüvvəyə minəcəyi bildirilib.
Baş nazir Kir Starmer bu addımın uşaqların təhlükəsizliyi üçün vacib olduğunu deyib. Qadağa bir sıra sosial şəbəkələri və onlayn xidmətləri əhatə edəcək. Hökumət uşaqların psixoloji sağlamlığını qorumağı hədəfləyir.
//Nəzər.Media
