Türkiyənin xarici işlər naziri Hakan Fidan İranlı həmkarı Abbas Ərakçı ilə telefonla danışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tərəflər ABŞ-İran razılaşmasını müzakirə ediblər.
Ərakçı Türkiyəyə prosesə verdiyi töhfəyə görə təşəkkür edib. Fidan razılaşmadan məmnunluğunu bildirib. O, əlavə danışıqların uğurla nəticələnəcəyinə ümid etdiyini deyib.
//Nəzər.Media
