Milyarder Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Frenç Qeyts Ceffri Epşteyni sərt sözlərlə tənqid edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, milyarderin keçmiş həyat yoldaşı Epşteyni iyrənc insan adlandırıb.
Melinda qadın hüquqlarının müdafiəsinə davam etdiyini bildirib. O, ədalət sistemini qınayaraq daha çox şəffaflıq tələb edib. Məsələ ilə bağlı dünya mediasında geniş müzakirələr hələ də gedir.
//Nəzər.Media
