Türkiyə Antalya körfəzində “Dənizqurdu-2/2026” hərbi təlimini keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təlimdə 125 gəmi, 60 təyyarə və 18 min hərbçi iştirak edib.
Yerli mətbuat təlim zamanı müasir silah sistemlərinin nümayiş etdirildiyini yazıb. Bildirilib ki, təlim Türkiyənin bölgədəki hərbi imkanlarını göstərmək məqsədi daşıyıb. Təlim xarici mətbuatın da diqqətini cəlb edib.
//Nəzər.Media
