Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş nazir bunu ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşması ilə əlaqələndirib.
Şərif Ərdoğanın prosesdə mühüm rol oynadığını bildirib. Pakistan hökumət başçısı digər ölkə liderlərinə də minnətdarlığını ifadə edib. O, razılaşmanı bölgə üçün mühüm addım adlandırıb.
//Nəzər.Media
